“Monako”nun və və Kolumbiya millisinin hücumçusu Radamel Falkao bu il keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək. Qol.Az-ın goal.com-a istinadən yaydığı xəbərə görə, buna futbolçunun sol dizində bağların qopması səbəb olub.
Ulduz oyunçunun müalicəsi ilə məşğul olan portuqaliyalı həkim Joze Karlos Norona bildirib ki, Falkao 6-8 ay müddətinə yaşıl meydanlardan kənarda qalacaq. Bu isə onun DÇ-2014-ün final mərhələsindən kənarda qalması deməkdir.
Yaxın günlərdə 27 yaşlı hücumçu dizindən əməliyyat olunacaq. Məsələ ilə əlaqədar artıq “Monako” və Kolumbiya Futbol Federasiyasına məlumat verilib.
Xatırladaq ki, bir neçə gün əvvəl “Monako”nun Fransa kubokunun 1/16 final mərhələsinin “Mont d’Or Azerq” komandasına qarşı ilə görüşündə Falkao ciddi zədə almışdı.
Ronaldodan 987-ci qol
Məşhur futbolçu karyerasını bitirmək fikrindən daşındı
2-ci liqada həftənin hakimləri
"Sabah"ın "Barselona" hazırlığından - Şəkillər
"Qalatasaray" - "Aston Villa" matçının heyətləri açıqlandı
Andrey Arşavin Bakıya gəlib
“Barselona” Bakı Olimpiya Stadionunda - Video
"Sabah" La Liqa komandalarını xatırladır" - Flik
“Yamalın yoxluğu hiss olunacaq, amma...”
“Böyük klublar fərdi oyunçulardan asılı olmur” - Daşdəmirov
Afrika futbolunda tarixi qərar – Seneqal yenidən çempiondur!
“Yaxşı oyun olacağına inanıram” - “Sabah”ın futbolçusu
“Barselona”ya qol vurmağımız vacib olardı” - Dambrauskas
Hakimi klub rəhbərliyinə müraciət etdi
Endrik 2-3 həftə oynamayacaq
La Liqanın vitse-prezidenti istefa verdi
Mərakeş Seneqalı ittiham edir