Dünyanın ən güclü futbolçusuna təqdim olunan "Qızıl top" mükafatının ilkin səsvermə faizləri açıqlanıb.
Qol.Az-ın məlumatına görə, verilən səslərin faizi maraqlı statistika ilə yadda qalıb.
Əgər yalnız jurnalistlərin səsverməsi nəzərə alınsaydı, o zaman Frank Riberi hamını qabaqlayacaqdı. Mətbuat nümayəndələrindən 80-ni Riberiyə, 48-i Kriştiano Ronaldoya, 30 nəfər isə Lionel Messiyə səs verib.
Ronaldoya "Qızıl top"u qazandıran milli komandaların kapitanları və baş məşqçiləri olub. Futbolçulardan 63-ü Ronaldoya, 45-i Messiyə, 39-u isə Riberiyə səs göndəriblər. Portuqaliyalı futbolçu 56 baş məşqçidən səs alarkən, Messi və Riberi hərəyə 44 səs toplayıb.
"Qızıl top"a namizəd hər üç futbolçunun kimlərə səs verməsi də böyük maraq doğururdu. Ronaldo öz səsini Radamel Falkao, Qaret Beyl və Məsut Özilə, Messi isə komanda yoldaşları - Xavi Hernandez, Andres İnyesta və Neymara verib. Maraqlıdır ki, Riberi heç kəsə səs göndərməyib.
İtaliya millisinin çalışdırıcısı Çezare Prandellinin səsverməsi təəccüblə qarşılanıb. Belə ki, italiyalı mütəxəssis daha öncə Ronaldo və Messiyə səs verəcəyini desə də, bunu etməyib. O, Andrea Pirlo, Filipp Lam və Robert Levandovskiyə səs göndərib. İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç isə ən düzgün seçimi ilə yadda qalıb. PSJ-nin forvardı səsini "Qızıl top"a üç namizəd Ronaldo, Messi və Riberiyə verib.
Yekunda 167 səs toplayan Ronaldo siyahıda birinci olub. Frank Riberi Ronaldodan cəmi 4 səs geri qalıb. Messi isə 119 xalla siyahını üçüncü pillədə başa vurub. Lakin yekun səsvermənin nəticələrinə əsasən Messi Riberini qabaqlayıb. İsveçrənin Sürix şəhərində keçirilən təqdimedilmə mərasimində açıqlanan nəticələrə əsasən 24.72 faiz səs toplayan argentinalı futbolçu yekunda ikinci olub. Riberi isə 23,36 faiz səslə üçüncülüklə kifayətlənib. "Qızıl top"a sahib çıxan Ronaldonun isə 27,99 faiz səs topladığı müəyyənləşib.
Karyerası ərzində ikinci dəfə "Qızıl top"u qazanan portuqaliyalı futbolçu Braziliya millisinin sabiq üzvü Ronaldoya çatıb. Hər iki futbolçu 5 il ərzində iki dəfə "Qızıl top"a sahib çıxıblar. 1997-2002-ci illərdə braziliyalı Ronaldo, 2008-2013-cü illərdə isə portuqaliyalı Ronaldo fəxri mükafatı qazanıb. Portuqaliyalı Ronaldo iki fərqli klubda "Qızıl top"u qazanan üçüncü futbolçu olub. Ona qədər Yohan Kroyf ("Ayaks", "Barselona") və Ronaldo ("İnter", "Real") iki fərqli klubda bu mükafata sahib çıxıblar.
Qeyd edək ki, Messi ardıcıl 7 dəfə "Qızıl top"a üç namizəd sırasında yer alan ilk futbolçu kimi tarixə düşüb. Bunlardan 4-də qalib gələn argentinalı futbolçu iki dəfə ikinci olarkən, cəmi bir dəfə üçüncülüklə kifayətlənib.
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
"Messiyə qol hədiyyə etmək fikrində deyiləm"
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"
İngiltərə millisindən ayrıldılar
Bugünkü oyunları yayımlayacaq kanallar
“Ümid edirik ki, Lixtenşteyn Azərbaycandan yenə xal alacaq”
Azərbaycanlı hakimə UEFA-dan təyinat
Ukrayna klubunun baş məşqçisi Renat Dadaşovdan danışdı
Messi Argentina millisinin düşərgəsində
Bədavi adlı "qoca qurd"...
"Lixtenşteynə də qalib gələcəyik" - Millinin debütantı
"Biz xalqımız və bayrağımız üçün oynayırıq" - Rüfət Abbasov
İrlandiya - İsrail oyununda insident - Məşqçiyə tüpürüldü
“Qələbə hardasa vicdanımızı rahatlatdı, amma…” Video
Azərbaycan millisinin qrupda ilk qələbəsi - Video
Portuqaliyadan qələbə, Almaniyadan xal itkisi
Azərbaycan millisinin heyətində dəyişiklik
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi