"Qəbələ" hazırlığını davam etdirir (FOTOLAR)

XƏBƏR 16 Yanvar 2014 / 15:48 1526
-  A +

2013-2014 mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyənin Antalya şəhərində davam etdirən "Qəbələ" toplanışın onuncu gününü 2 məşqlə yekunlaşdırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Yuri Syominin başçılığı altında baş tutan məşqlərdə komanda toplu və topsuz çalışmalar və müxtəlif fiziki təmrinlər yerinə yetirib. 

Günün ilk yarısında əsasən yüngül fiziki məşqlərə, ikinci hissəsində isə toplu çalışmalara üstünlük verilib. Günə ikitərəfli oyunla yekun vurulub. Sadiq Quliyev və Rail Məlikov komandadan ayrı çalışıb.






























Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər