İspaniya kuboku: "Real" 1/4 finalda

İspaniya kuboku: "Real" 1/4 finalda
DÜNYA FUTBOLU 16 Yanvar 2014 / 04:00 3234
-  A +

İspaniya kubokunda 1/8 finalın cavab oyunları keçirilir.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə daha dörd qarşılaşma baş tutub.

Doğma meydanda "Betis"lə qarşılaşan "Atletik" (Bilbao) klubu rəqibinə 2 cavabsız qolla qalib gəlib. "Levante" klubu isə "Rayo Valyekano"nu tək qolla keçib - 1:0.

Madridin "Real" klubu səfərdə "Osasuna"nın qonağı olub. İlk oyunda 2:0 hesabı ilə qalib gələn "Real" cavab görüşündə də qələbə qazanıb. Hər iki hissədə bir qol vuran "kral klubu" görüşdən qalib ayrılıb - 2:0.

Qeyd edək ki, 1/8 final mərhələsinə bu axşam keçiriləcək iki oyunla yekun vurulacaq.

 

 

 

15 yanvar

İspaniya kuboku, 1/8 finalın cavab oyunları

"Atletik" (Bilbao) - "Betis" (İlk oyun - 0:1) - 2:0
Qollar: Riko, 23 (1:0), 67 (2:0)

"Espanyol" - "Alkorkon" (İlk oyun - 0:1) - 4:2
Qollar:
Plano, 4 (0:1), Simao, 10 (1:1), Qarsiya, 23-pen (2:1), Javito, 80 (2:2), Alvarez, 84 (3:2), Pizzi, 86 (4:2)

"Levante" - "Rayo Valyekano" (İlk oyun - 0:0) - 1:0
Qol:
Barral, 43 (1:0)

"Osasuna" - "Real" (Madrid) (İlk oyun - 0:2) - 0:2
Qollar:
Ronaldo, 22 (0:1), Di Mariya, 56 (0:2)

 

16 yanvar

"Vilyareal" - "Real Sosyedad" (İlk oyun - 0:0)
 
"Qetafe" - "Barselona" (İlk oyun - 0:4)

 

14 yanvar

"Almeriya" - "Santander" (İlk oyun - 1:1) - 0:2
Qollar:
Mariano, 62 (0:1), Ruben, 79 (0:2)

"Atletiko" (Madrid) - "Valensiya" (İlk oyun - 1:1) - 2:0
Qollar:
Qodin, 51 (1:0), Qarsiya, 89 (2:0)

 


Son xəbərlər
03.05.24  17:16

Bir dövrün sonu