Messinin kolleksiyasında "Land of Fire Azerbaijan" forması olacaq

Messinin kolleksiyasında "Land of Fire Azerbaijan" forması olacaq
DÜNYA FUTBOLU 12 Yanvar 2014 / 00:58 3905
-  A +

İspaniya La Liqasının 19-cu turu çərçivəsində öz meydanında "Barselona" ilə qarşılaşan "Atletiko" (Madrid) klubu bu oyuna "Land of Fire Azerbaijan" forması ilə çıxıb.

Qol.Az-ın məlumatına görə, matç başa çatan kimi Madrid təmsilçisinin türkiyəli futbolçusu Arda Turan rəqib oyunçu Lionel Messi ilə formasını dəyişdirib.

Bu isə o deməkdir ki, dünyanın ən yaxşı futbolçularından olan Messinin forma kolleksiyasında "Land of Fire Azerbaijan" forması da yer alacaq.

Qeyd edək ki, bu görüşdə tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.


Son xəbərlər
14.03.26  21:41

Qavi geri dönür

14.03.26  11:13

"Atletiko"da itki

topaz banner