"Milan"ın ulduz futbolçusu "Trabzonspor"un hədəfində

"Milan"ın ulduz futbolçusu "Trabzonspor"un hədəfində
XƏBƏR 3 Yanvar 2014 / 13:15 3653
-  A +

Türkiyənin "Trabzonspor" klubu heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyi planlaşdırır.

Qol.Az-ın məlumatına görə, Trabzon təmsilçisi "Milan"ın forvardı Robinyonu Türkiyəyə gətirmək istəyir.

"Trabzonspor" klubu braziliyalı futbolçunun 7,5 milyon avro təzminatını ödəməyə də razılıq verib. "Milan"la 2016-cı ilə qədər müqaviləsi olan 29 yaşlı futbolçunun "Trabzonspor"un təklifini necə qarşılayacağı böyük maraq doğurur.

Qeyd edək ki, Robinyo bu mövsüm keçirdiyi 10 oyunda cəmi 3 dəfə rəqib qapılarına yol tapıb.


Son xəbərlər
topaz banner