Braziliyanın ən yaxşısı məlum oldu

Braziliyanın ən yaxşısı məlum oldu
XƏBƏR 3 Yanvar 2014 / 01:06 2821
-  A +

Braziliyada ilin ən yaxşı futbolçusuna verilən "Qızıl samba" mükafatının sahibi məlum olub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, son iki ildə olduğu kimi bu dəfə də mükafatı Braziliya millisinin və PSJ-nin müdafiəçisi Tiaqo Silva qazanıb. "Bavariya"dan Dante ikinci, "Çelsi"nin yarımmüdafiəçisi Oskar isə üçüncü olub.

Qeyd edək ki, qalibin müəyyənləşməsi üçün keçirilən səsvermədə internet istifadəçilirə, Braziliya yığmasının 11 keçmiş futbolçusu və Avropadan 11 idman jurnalisti iştirak edib.

Daha çox


Son xəbərlər