"Barselona"nın futbolçusu "Qalatasaray"ın hədəfində

"Barselona"nın futbolçusu "Qalatasaray"ın hədəfində
XƏBƏR 2 Yanvar 2014 / 18:04 5392
-  A +

Türkiyənin "Qalatasaray" klubu "Barselona"nın futbolçusunu transfer etmək istəyir.

Qol.Az-ın eurosport.com-a istinadən verdiyi məlumata görə, İstanbul klubu İbrahima Afellay ilə yaxından maraqlanır.

11 ay zədəli olan və ötən ay yenidən yaşıl meydanlara qayıdan yarımmüdafiəçini "Cim-bom" icarəyə götürmək niyyətindədir.

Kataloniya klubunun 8 milyon avro təzminat qiyməti olan 27 yaşlı futbolçunun "Cim-bom"a getməsinə razılıq verəcəyi iddia edilir.

Daha çox


Son xəbərlər