Məsut Özildən bəd xəbər

Məsut Özildən bəd xəbər
XƏBƏR 2 Yanvar 2014 / 16:46 4243
-  A +

"Arsenal"ın futbolçusu Məsut Özil yaşıl meydanlara bir qədər gec qayıdacaq.

Qol.Az-ın məlumatına görə, Premyer Liqanın 18-ci turunda oynanılan "Vest Hem"lə matçda zədələnən alman yarımmüdafiəçinin 2 oyunda iştirak edə bilməyəcəyi bildirilmişdi.

Ancaq komandanın baş məşqçisi Arsen Venger M.Özilin yanvarın 13-ü "Aston Villa" ilə görüşdə forma geyəcəyini deyib: "Məsutun böyük bir problemi yoxdur. Amma ağrıları davam etdiyi üçün dönüş müddəti bir qədər uzandı. O, ölkə kubokunda "Tottenhem"lə matçda iştirak etməyəcək. Premyer Liqada "Aston Villa" ilə matçda isə yenidən meydanda olacaq".

Daha çox


Son xəbərlər