Mourinyo: "Onun “Çelsi”dən getməsinə mane olmayacam"

Mourinyo: "Onun “Çelsi”dən getməsinə mane olmayacam"
XƏBƏR 2 Yanvar 2014 / 12:59 3885
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo futbolçusu Xuan Matanın etdiyi son hərəkətə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, ispan oyunçu dünən Premyer Liqada "Sautgempton"la matçda əvəzləndiyi üçün əsəbiləşərək oturacağı yumruqlayıb.

Bununla bağlı danışan portuqaliyalı mütəxəssis  Matanın bu hərəkətini oyunun nəticəsindən narahat olması ilə əlaqələndirib: "Matanın hərəkətini görmədim. Amma o, nəticəyə görə narahat idi. Matçın sonundə Mata da çox sevinirdi. Ona komandada saxlamaq istəyirəm. Amma o,  “Çelsi”dən ayrılmaq istəsə, buna mane olmaram".

Daha çox


Son xəbərlər