Aykut Kocamana milli komandadan təklif

Aykut Kocamana milli komandadan təklif
XƏBƏR 2 Yanvar 2014 / 11:15 2774
-  A +

"Fənərbaxça"nın sabiq baş məşqçisi Aykut Kocaman milli komanda çalışdıra bilər.

Qol.Az-ın "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssisə Qazaxıstan yığmasından təklif gəlib.

İndiyə kimi "Latsio" və "Marsel" kimi klubların təkliflərinin rədd edən A.Kocamanın bu təklifi müsbət qarşılayacağı bildirilir. Hər iki tərəf arasında qarşılıqlı razılaşma əldə olunarsa, yaxın zamanlarda rəsmi müqavilə imzalanacağı iddia edilir.

Daha çox


Son xəbərlər