Ermənistan millisinin oyunçusu “Fənərbaxça”da oynaya bilər

Ermənistan millisinin oyunçusu “Fənərbaxça”da oynaya bilər
XƏBƏR 31 Dekabr 2013 / 14:35 5526
-  A +

Ermınistan milli komandasının yarımmüdafiəçisi Aras Özbilis karyerasını Türkiyədə davam etdirə bilər. Qol.Az-ın “Eurosport”un saytına istinadən yaydığı xəbərə görə, Moskva “Spartak”ının futbolçusu “Fənərbaxça”nın maraq dairəsinə düşüb.

Bununla belə, Özbilisin qış transfer pəncərəsində İstanbul klubuna keçməyəcəyi dəqiqdir. Bildirilir ki, “Fənərbaxça” nümayəndələri 2014-cü ilin yayına qədər Arasın oyununu izləyəcək. Əgər o vaxta qədər futbolçu ciddi zədə ilə üzləşməsə, o zaman gələn ilin ortalarında bu keçidin baş tutması mümkündür.

Qeyd edək ki, hazırda transfer bazarında 23 yaşlı A.Özbilisə 6,5 milyon avro qiymət qoyulub.

Xatırladaq ki, A.Özbilis İstanbulda doğulub.
 


Son xəbərlər
topaz banner