"Real" PSJ ilə qarşılaşacaq

"Real" PSJ ilə qarşılaşacaq
XƏBƏR 30 Dekabr 2013 / 18:37 3838
-  A +

Çempionlar Liqasının 1/8 finalçıları "Real"la (Madrid) PSJ yoldaşlıq görüşü keçirəcək.

Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, qarşılaşma yanvarın 2-i Qətərdə baş tutacaq.

Qarşılaşmadan əvvəl keçirilən mətbuat konfransında iştirak edən Paris təmsilçisinin futbolçusu Zlatan İbrahimoviç  "Real"la oyunda qalib gələcəklərinə inandığını deyib:

"2014-cü il üçün bu, çox yaxşı başlanğıc olacaq. "Real" oyun sayəsində keçmiş çalışdırıcım Karlo Ançelotti ilə görüşə biləcəm. O, mükəmməl baş məşqçidir. Ançelottiyə Madrid klubunda uğurlar arzu edirəm".

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner