Türk çalışdırıcı bundesliqadan gələn təklifi rədd etdi

Türk çalışdırıcı bundesliqadan gələn təklifi rədd etdi
XƏBƏR 30 Dekabr 2013 / 17:15 3490
-  A +

"Bazel"in baş məşqçisi Murat Yakına bundesliqa təmsilçisi olan "Hannover"dən təklif gəlib.

Qol.Az-ın "Bild" qəzetinə istinadən verdiyi məlumata görə, ancaq türk mütəxəssis göndərilən təklif rədd edib. O bildirib ki, hazırda klubunu dəyişmək fikrində deyil: "Göndərilən təklif heç də pis deyildi. Sadəcə mənim hazırkı komandamda etməli olduğum bəzi işlərim var".

Qeyd edək ki, M.Yakınla "Tottenhem" və "Latsio"nun da maraqlandığı iddia edilir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner