"Barselona"dan Messiyə rekord müqavilə

"Barselona"dan Messiyə rekord müqavilə
XƏBƏR 30 Dekabr 2013 / 13:33 4322
-  A +

"Barselona"  futbolçusu Lionel Messiyə rekord məbləğdə müqavilə təklif etməyə hazırlaşır.

Qol.Az-ın "Sport" qəzetinə istinadən verdiyi məlumata görə, Kataloniya klubunun argentinalı hücumçuya təklif edəcəyi müqavilə ilə illik 21-25 milyon avro qazanacaq. Bununla da Messi Ronaldonu keçərək futbol dünyasının ən çox qazanan futbolçusu olacaq.

Qeyd edək ki, "Barsa"nın Messi ilə yanvar ayında yeni sözləşmə imzalayacağı iddia edilir.

Xatırladaq ki, Messi hazırda illik 16 milyon avro qazanır.


Son xəbərlər
topaz banner