İbrahimoviç: "Futbolçu karyeramı orada başa vurmaq istəyirəm"

İbrahimoviç: "Futbolçu karyeramı orada başa vurmaq istəyirəm"
XƏBƏR 30 Dekabr 2013 / 12:33 2931
-  A +

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç futbolçu karyerasını başa vurmaq istədiyi klubun adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, "Scottish Sun"a danışan isveçli oyunçu deyib ki, şərəfini qoruduğu son klubun "Seltik" olmasını istəyir:

 "Seltik" bir çox futbolçunun karyerasını başa vurmaq istədiyi köklü klublardandır. Henrik Larsson kimi futbolçuların uzun müddət "Seltik"də niyə oynadığını çox yaxşı anlayıram. Mən də futbolçu karyeramı orada başa vurmaq istəyirəm".


Son xəbərlər
topaz banner