Subaşiç "Orduspor"da növbəti qolunu vurdu (VİDEO)

Subaşiç "Orduspor"da növbəti qolunu vurdu (VİDEO)
XƏBƏR 30 Dekabr 2013 / 12:09 2607
-  A +

Türkiyənin birinci divizionunda 18-ci turun növbəti görüşləri keçirilib.

Qol.Az-ın məlumatına görə, ikinci oyun günündə azərbaycanlı futbolçu Branimir Subaşiçin şərəfini qoruduğu "Orduspor" öz meydanında "Şanlıurfaspor"u qəbul edib. Görüş Ordu təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sözgedən matçda millimizin futbolçusu B.Subaşiç komandasının ikinci qolunu vurub. Bu, onun Türkiyə təmsilçisində dördüncü qolu olub.

Qeyd edək ki, "Orduspor" hazırda 36 xalla turnir cədvəlində 3-cü pillədədir.



Son xəbərlər
topaz banner