"Qalatasaray" Fernando Muslera ilə müqaviləni yenilədi

"Qalatasaray" Fernando Muslera ilə müqaviləni yenilədi
XƏBƏR 30 Dekabr 2013 / 10:50 2145
-  A +

"Qalatasaray" qapıçısı Fernando Muslera ilə müqaviləni yeniləyib.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun idarə heyətinin üzvü Lütfü Arıboğan açıqlamasında deyib.

Ancaq o, uruqvaylı qolkiperlə imzalanan müqavilənin şərtləri haqda heç nə danışmayıb. Bildirib ki, bununla bağlı qarşıdakı günlərdə rəsmi məlumat veriləcək.

Qeyd edək ki, F.Muslera 2011-ci ildən "Cim-bom"un şərəfini qoruyur.


Son xəbərlər
topaz banner