Buffon: "Messi dünyanın ən yaxşısıdır, ancaq..."

Buffon: "Messi dünyanın ən yaxşısıdır, ancaq..."
XƏBƏR 29 Dekabr 2013 / 17:52 3908
-  A +

"Yuventus" klubunun qapıçısı Canluici Buffon bu il "Qızıl top" mükafatına namizəd futbolçuların şanslarını dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, "Sky Spors"a danışan Buffon bu il Frank Riberinin mükafatı qazanmağa daha şanslı olduğunu bildirib:

"İl ərzində qazanılan kuboklar həlledici olur. Bu baxımdan ötən mövsüm "Bavariya" ilə bütün titulları qazanan Riberinin "Qızıl top" mükafatını qazanmağa daha şanslı olduğunu düşünürəm. Messi dünyanın ən yaxşı futbolçusudur. Ancaq Ronaldo son dönəmlərdə daha yaxşı formadadır".


Son xəbərlər
topaz banner