Koutinyo: "Çelsi"yə qalib gələcəyik"

Koutinyo: "Çelsi"yə qalib gələcəyik"
XƏBƏR 29 Dekabr 2013 / 16:45 2466
-  A +

"Liverpul" klubunun futbolçusu Felipe Koutinyo İngiltərə Premyer Liqasının 19-cu turu çərçivəsində bu axşam qarşılaşacaqları "Çelsi" ilə oyun haqda fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, "The Guardian"a danışan Koutinyo bu görüşdə qələbə qazanacaqlarına inandığını bildirib:

"Çelsi" müdafiəyə çəkildikdə onlara qol vurmaq çox çətin olur. Ancaq bizim hücum xəttimiz də çox güclüdür. İnanıram ki, bu oyunda üç xal qazana biləcəyik. Bunun üçün də bütün gücümüzü səfərbər etməliyik".

Qeyd edək ki, "Çelsi" - "Liverpul" matçı bu axşam, Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


Son xəbərlər
topaz banner