Kanisares: "Ronaldo və Riberi "Qızıl top"u haqq edir"

Kanisares: "Ronaldo və Riberi "Qızıl top"u haqq edir"
XƏBƏR 29 Dekabr 2013 / 14:25 2754
-  A +

"Valensiya" klubunun sabiq qapıçısı Santyaqo Kanisares bu il "Qızıl top" mükafatını qazanmağa layiq gördüyü futbolçunun adını açıqlayıb.

Qol.Az-ın məlumatına görə, Kanisares 2013-cü ildə Ronaldo və Riberinin daha yaxşı oyun nümayiş etdirdiyini bildirib:

"Riberi ötən mövsüm komandası ilə 5 kubok qazandı. O, "Bavariya"nın aparıcı və ən faydalı futbolçusudur. Ronaldo isə fərdi keyfiyyətlərinə görə daha üstündür. Düşünürəm ki, Ronaldo mövsümü yüksək səviyyədə keçirdi və o cari ilin ən güclü oyunçusudur. Bununla belə, həm Ronaldo, həm də Riberi "Qızıl top"u haqq edir. Messiyə gəldikdə isə o bu mövsüm zəif çıxış etdi".

Qeyd edək ki, "Qızıl top"un yeni sahibinə yanvarın 13-də aydınlıq gələcək.

 


Son xəbərlər