Droqba "Qalatasaray"ın qarşısına şərt qoydu

Droqba "Qalatasaray"ın qarşısına şərt qoydu
XƏBƏR 28 Dekabr 2013 / 16:07 5429
-  A +

"Qalatasaray"ın futbolçusu Didye Droqba İstanbul klubu ilə müqaviləni yeniləməyə hazırlaşır.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, klub prezidenti Ünal Aysalla fildişi sahilli hücumçu arasında bu barədə danışıqlar olub.

"Cim-bom" təcrübəli oyunçuya bir illik müqavilə təklif edib. Ancaq D.Droqba müqavilənin ən azı iki illik olması barədə klub rəhbərinin qarşısına şərt qoyub.

Bundan sonra isə Ü.Aysal ulduz futbolçuya 1+2 sistemi ilə yeni müqavilə təklif edib.

Droqbanın bu gün baş tutacaq "Erciyesspor"la matçdan sonra Amerikaya gedərək meneceri ilə görüşəcəyi və müqaviləni dəyərləndirəcəyi bildirilib.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner