Bakıda güclü partlayış: ölən və yaralananların adları məlum oldu

Bakıda güclü partlayış: ölən və yaralananların adları məlum oldu
XƏBƏR 27 Dekabr 2013 / 22:35 3845
-  A +

Bakıda “Lokomotiv” idman kompleksində baş vermiş partlayış nəticəsində ölən və yaralanan şəxslərin adları məlum olub. APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ölən 1964-cü il təvəllüdlü Şahvələd Məmməd oğlu Məmmədov, yaralanan isə 1987-ci il təvəllüdlü Elvin İmran oğlu Qurbanovdur.
 
FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Cahangir Qulamovun APA-ya verdiyi məlumata görə, partlayış idman kompleksinin qazanxanasında baş verib. İlikin ehtimala görə, buna qaz sızması səbəb olub. FHN-nin xilasediciləri hadisə yerində müvafiq təmizləmə işləri görürlər. Qalıqlar altında insanların olduğu ehtimal olunur.

Son xəbərlər
topaz banner