Mourinyo Suarezə qarğış etdi

Mourinyo Suarezə qarğış etdi
XƏBƏR 27 Dekabr 2013 / 22:10 3268
-  A +

"Çelsi"nin baş məşqçisi Joze Mourinyo Premyer Liqada "Liverpul"la oyunöncəsi maraqlı açıqlama verib.

Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, təcrübəli mütəxəssis rəqib komandanın qol silahı olan Luis Suarezin matçdan əvvəl zədələnməsini istədiyini deyib: "Suarezin ciddi problem yaşamasını istəmərəm. Ancaq elə zədələnsin ki, yalnız  bizimlə oyunda iştirak edə bilməsin".

Xatırladaq ki, uruqvaylı hücumçu bu mövsüm oynadığı 13 matçda 19 qol vurub.

Qeyd edək ki, "Çelsi" - "Liverpul" matçı bazar günü baş tutacaq.


Son xəbərlər
topaz banner