"Atletiko"dan Dieqo Kosta açıqlaması

"Atletiko"dan Dieqo Kosta açıqlaması
XƏBƏR 27 Dekabr 2013 / 20:40 2682
-  A +

"Atletiko" (Madrid) futbolçusu Dieqo Kostanın yanvar ayında klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Qol.Az-ın məlumatına görə, klubun idman direktoru Xose Luis Kaminero "Marca"ya açıqlamasında ispan hücumçunun heç bir yerə getməyəcəyini deyib: " Kosta buradan ayrılmaq fikrində deyil. Onun bizimlə müqaviləni yeniləməsi çox önəmli idi. Kosta bu hərəkəti ilə "Atletiko"dan getmək istəmədəyini göstərdi".

Qeyd edək ki, D.Kosta ilə "Arsenal" və "Çelsi"nin maraqlandığı iddia edilirdi.

Xatırladaq ki, futbolçu bu ilin avqust ayında Madrid klubu ilə müqaviləni 2018-ci ilə qədər uzatmışdı.


Son xəbərlər
topaz banner