"Mançester Siti"nin futbolçusu "Valensiya"nın hədəfində

"Mançester Siti"nin futbolçusu "Valensiya"nın hədəfində
XƏBƏR 27 Dekabr 2013 / 14:07 2112
-  A +

İspaniyanın "Valensiya" klubu "Mançester Siti"nin hücumçusu Edin Dzekonu transfer etmək istəyir.

Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri İspaniyanın "Marca" qəzeti yayıb.

Yaxın günlərdə "yarasalar"ın sahibi olacağı gözlənilən sinqapurlu iş adamı Piter Lim qış transfer pəncərəsində kluba 30-40 milyon avro ayıracağını açıqlayıb. "Valensiya"nın ilk transfer etmək istədiyi futbolçu isə məhz Dzekodur.

Qeyd edək ki, bosniyalı futbolçu ilə İtaliyanın "İnter" klubu da yaxından maraqlanır.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner