Azərbaycan nümayəndə heyəti üçün Rusiyanın Soçi şəhərində keçiriləcək XXII Qış Olimpiya oyunlarında Azərbaycanı təmsil edəcək idmançıların geyim dəsti təqdim edilib.
Azərbaycan Milli Olimpiya Komitısinin mətbvuat xiodmətindən Trend-ə verilən məlumata görə, idman paltarlarının hazırlanmasının məsuliyyətini Qış idman növləri Federasiyası (Dağ xizək idmanı Federasiyası və Fiqurlu konki sürmə Federasiyası) öz üzərinə götürüb.
Açılış və bağlanış mərasimləri üçün parad geyimlərini İtaliyanın məşhur Larusmiani moda evi hazırlayacaq. Brend yüksək keyfiyyətli paltarların sifarişlə tikilməsində ixtisaslaşıb.
Larusmiani çoxillik tarixə malik İtaliya brendidir. Brendin üslubu milan, olduqca incə və zərif, zövqlü, eyni zamanda ümumi fondan seçilir. Kaşemir, yüngül yun, vikunya və digər təbii materiallar - istər qış, istərsə də yay üçün tikilən bütün kolleksiyaların əsasını təşkil edir. Bunlar bahalı və effektiv materiallardır, eyni zamanda geyimdə çox rahatdır. Larusmianinin paltarları yalnız bahalı materiallardan tikilir, onlar nəinki yaraşıqlı görsənir, həm olduqca rahat və davamlı olması da onun vacibliyini təsdiqləyir. Brend paltarlarının üslub yaradıcı əşyalarını əlbətdə ki, kişi kostyumları təşkil edir. Kolleksiyada həmçinin plaşlar, gödəkcələr, münasib idman əşyaları da öz yerini tapır. Hər bir xırda detal olduqca zərif işlənib.
Dəstin dizaynı milli koloritlər və MOK, Soçi 2014 simvolları, həmçinin brendin loqotipi nəzərə alınmaqla işlənib. Bütün loqotiplər Beynəlxalq Olimpiya Komitəsinin istifadə qaydaları və standartlarına müvafiq şəkildə əks etdirilib.
Dəstlərin hazırlanması prosesində dizayn işləri mütəmadi olaraq Azərbaycan Milli Olimpiya Komitəsi və Dağ Xizək İdmanı Federasiyasının rəhbərliyi ilə razılaşdırılıb.
Qeyd edək ki, 2014-cü il fevralın 7-də XXII Qış Olimpiya oyunlarının açılış mərasimi keçiriləcək.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Milli Olimpiya Komitəsinin Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayevadır. Olimpiadaya yola düşəcək dövlət nümayəndələri arasında gənclər və idman naziri, Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Qış İdman Növləri Federasiyasının prezidenti İskəndər Xəlilov və idman sahəsində tanınmış digər nümayəndələrin iştirakı da nəzərdə tutulub.
Azərbaycan Qış Olimpiya Oyunlarında 1998-ci ildən etibarən iştirak edir. Ölkəmiz Soçi Qış Olimpiya Oyunlarında 5 idmançı ilə təmsil olunacaq.
Beynəlxalq yarışlarda öz uğurlarını nümayiş etdirən, fiqurlu konki sürənlər Aleksey Sitnikov və Yuliya Zlobina da bu siyahıya daxildirlər. Həmçinin, Azərbaycanı layiqli təmsil edən xizəkçiləri - Patrik Braxner, Sedrik Notz və Qaya Bassani Antivarini qeyd etmək lazımdır.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər