"Beşiktaş" hücumçusu ilə yolları ayırır

"Beşiktaş" hücumçusu ilə yolları ayırır
XƏBƏR 27 Dekabr 2013 / 00:01 2442
-  A +

Türkiyənin "Beşiktaş" klubu braziliyalı futbolçusu Dentinyo ilə yollarını rəsmən ayıracaq.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klub rəsmilərindən olan Əhməd Kavalçı məlumat verib.

Onun sözlərinə görə, futbolçu ona bəslənilən ümidləri doğrultmadığı üçün klub bu qərara gəlib:

"Onsuda yanvar ayında Dentinyo ilə müqaviləmiz başa çatacaqdı. Buna görə də indidən onunla yolları ayırmaq qərarına gəldik. Həftəsonu Dentinyo klubdan ayrılacaq".

Qeyd edək ki, 24 yaşlı hücumçu bu ilin yanvarında Ukrayna "Şaxtyor"undan icarəyə götürülmüşdü.

Son xəbərlər