"Beyl Ronaldo olmayanda daha yaxşı oynayır"

"Beyl Ronaldo olmayanda daha yaxşı oynayır"
XƏBƏR 26 Dekabr 2013 / 21:39 2377
-  A +

"Tottenhem"in sabiq baş məşqçisi Andre Villaş-Boaş keçmiş futbolçusu Qaret Beylin "Real"dakı (Madrid) çıxışını dəyərləndirib.

Qol.Az-ın "Marca"ya istinadən verdiyi məlumata görə. portuqaliyalı mütəxəssis deyib ki, uelsli yarımmüdafiəçisi Kriştiano Ronaldosuz daha yaxşı oynayır: "O, Ronaldo olmayanda Madrid klubuna daha çox kömək edir. Statistikalarda da bunun şahidi oluruq".

A.Villaş-Boaş bildirib ki, Beyl meydanda oyunun taleyini həll edəcək əsas futbolçu olanda daha məsuliyyətli təsir bağışlayır: "Belə olan təqdirdə nəticəni də dəyişməyi bacarır".

Qeyd edək ki, Beyl bu mövsüm Madrid klubunda matçlarda iştirak etdiyi zaman komanda daha çox qol vurur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner