"Real"ın (Madrid) baş məşqçisi Karlo Ançelotti klubun sabiq çalışdırıcı Joze Mourinyonu geridə qoyub.
Qol.Az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssisin çalışdırdığı Madrid klubu ötən mövsümlə müqayisədə bu mövsüm daha uğurlu çıxış edib.
K.Ançelottinin komandası La Liqada oynadığı 17 matçda 13 qalibiyyət, 2 bərabərlik və 2 məğlubiyyətlə 41 xal toplayıb. Mourinyo isə ötən mövsüm ilk dövrəni 33 xalla tamamlamışdı.
"Real" bu mövsüm qol sayında da ötən ilə nisbətən daha yaxşı təsir bağışlayıb. "Kral klubu" 2012/2013 mövsümün ilk dövrəsindən 8 qol daha artıq vurub və qapısında isə 4 qol daha az görüb.
Çempionlar Liqasının qrup mərhələsində də Ançelotti Mourinyonu qabaqlamağı bacarıb. "Real" ötən mövsüm bu mərhəldə 11, bu mövsüm isə 16 xal toplayıb.
Qeyd edək ki, Ançelotti bu statistika ilə Avropada bu mövsüm yeni komanda çalışdıran ən uğurlu ikinci baş məşqçi olub. Bu siyahıda birinci pillənin sahibi isə "Mançester Siti"nin çalışdırıcı Manuel Pelleqrinidir.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər