"Arsenal"ın futbolçusuna Türkiyədən təklif var

"Arsenal"ın futbolçusuna Türkiyədən təklif var
XƏBƏR 26 Dekabr 2013 / 18:33 3034
-  A +

PSJ və "Monako"nun transfer hədəfində olan "Arsenal"ın müdafiəçisi Bakari Sanya Türkiyə Superliqasından təklif alıb.

Qol.Az-ın "Mirror" qəzetinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan türk klubunun fransız futbolçuya 4 illik müqavilə təklif etdiyi iddia olunur.

Lakin "Arsenal" klubunun da Sanyaya yeni müqavilə təklif etdiyi və 30 yaşlı futbolçunun bunu müsbət qarşıladığı bildirilir. Sanyanın gələcək kayerası ilə bağlı son qərarını yanvar ayında açıqlayacağı deyilir.  

Qeyd edək ki, 2007-ci ildən "Arsenal"ın şərəfini qoruyan Sanya bu komandanın heyətində 192 oyun keçirib.


Son xəbərlər