"Borussiya" Mark Roysun təzminat qiymətini açıqladı

"Borussiya" Mark Roysun təzminat qiymətini açıqladı
XƏBƏR 26 Dekabr 2013 / 17:52 2096
-  A +

Almaniyanın "Borussiya" klubu futbolçusu Marko Roysun təzminat qiymətini açıqlayıb.

Qol.Az-ın məlumatına görə, daha öncə təzminat qiyməti 29.4 milyon funt-sterlinq olan 24 yaşlı futbolçunun transfer məbləği bir qədər də artıb.

"Arsenal", "Barselona", "Mançester Yunayted" və PSJ kimi klubların transfer hədəfinə düşən Roysu almaq istəyən komandalar 40 milyon funt-sterlinqindən keçməli olacaqlar. Adı çəkilən komandalardan hansının Roys üçün bu məbləği ödəyəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Roys 2012-ci ildə 17,5 milyon avro müqabilində "Borussiya" (Münhenqladbax) klubundan Dortmund "Borussiya"sına transfer olunmuşdu.


Son xəbərlər