Millimizə 2 qol vurmuş futbolçu ən yaxşı seçildi

Millimizə 2 qol vurmuş futbolçu ən yaxşı seçildi
XƏBƏR 26 Dekabr 2013 / 16:34 2035
-  A +

2013-cü ildə Rusiyanın ən yaxşı futbolçusu açıqlanıb.

Lent.az-ın məlumatına görə, “Futbol” həftəliyinin jurnalistlər arasında keçirdiyi sorğuda ölkə yığmasının və “Zenit”in yarımmüdafiəçisi Roman Şirokov hamıdan çox səs toplayıb.
 
O, 260 jurnalistin iştirak etdiyi sorğuda üst-üstə 373 xal yığıb. İkinci yerə “Zenit”in daha bir oyunçusu Halk layiq görülüb. Braziliya millisinin hücumçusu 243 xal toplayıb. Üçüncü yeri isə 194 səslə Moskva “Dinamo”sunun və Rusiya millisinin forvardı Aleksandr Kokorin tutub.
 
“Futbol” həftəliyi Rusiyada ən yaxşı futbolçunu 1964-cü ildən seçməyə başlayıb. İndiyədək bu ada Oleq Bloxin, Valeri Voronin, Eduard Streltsov, Fyodor Çerenkov, Viktor Onopko və Dmitri Loskov kimi tanınmışlar layiq görülüb. Şirokov 2012-ci ildə də Rusiyanın ən yaxşı futbolçusu sayılıb və sorğuda Aleksandr Kerjakovla Kokorini üstələyib.
 
Qeyd edək ki, Roman Şirokov Rusiya millisinin heyətində 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsinin hər iki oyununda Azərbaycan millisinə qarşı forma geyinib. Moskvadakı qarşılaşmada o, penaltini dəqiq yerinə yetirərək, komandasının qələbə topunun müəllifi olub – 1:0. 1:1 hesablı heç-heçə ilə nəticələnmiş Bakıdakı görüşdə isə Şirokov hesabı açıb.

Son xəbərlər