"Sumqayıt" "İnter"in futbolçusunu transfer etdi

"Sumqayıt" "İnter"in futbolçusunu transfer etdi
XƏBƏR 26 Dekabr 2013 / 15:49 1748
-  A +

"Sumqayıt" klubu transfer çalışmalarına start verib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda son olaraq "İnter"də çıxış etmiş Ramil Mansurovu heyətinə qatıb.

20 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb. Mansurov "Sumqayıt"da 77 nömrəli futbol formasını geyinəcək.

Qeyd edək ki, Ramil Mansurov "İnter"in əvəzedici heyətində 2 mövsüm ən sərrast futbolçu olub və ümumilikdə 50-dən artıq qol vurub.

Son xəbərlər