Droqba "Qalatasaray"dan ayrılmaq istəmir

Droqba "Qalatasaray"dan ayrılmaq istəmir
XƏBƏR 26 Dekabr 2013 / 13:48 2069
-  A +

"Qalatasaray" klubunun prezidenti Ünal Aysal futbolçusu Didye Droqba ilə görüşüb.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə klubun mətbuat xidmətinin rəhbəri Şükrü Ergün açıqlamasında deyib.

Bildirib ki, fil dişi sahilli hücumçu görüş zamanı klub prezidentinə komandada qalmaq istədiyini söyləyib:

"Biz də onun ayrılmasını istəmirik. Mourinyonun dediyi kimi Droqba bir əfsanədir. "Çelsi" ilə matçda da o, bunu sübut edəcək".


Son xəbərlər