"Real"ın futbolçusu iki aylıq sıradan çıxdı

"Real"ın futbolçusu iki aylıq sıradan çıxdı
XƏBƏR 26 Dekabr 2013 / 13:20 2332
-  A +

La Liqada "Valensiya" ilə matçda zədələnən Xabi Alonsonun son durumu bəlli olub.

Qol.Az-ın klubun saytına istinadən verdiyi məlumata görə, qulaq pərdəsində problem yaşayan yarımmüdafiəçi tibbi müayinədən keçib.

Zədəsinin ciddi olduğu məlum olan təcrübəli oyunçunun iki ay yaşıl meydanlardan kənarda qalacağı açıqlanıb.

Qeyd edək ki, sözügedən matçda rəqiblə toqquşma nəticəsində futbolda nadir halda rast gəlinən qulaq pərdəsindən zədələnən X.Alonsoya  təyyarayə minməyə icazə verilməmişdi. Bu səbəbdən o, Valensiyada qalmışdı.


Son xəbərlər