Tacikistan milli komandasının və Qazaxıstanın “Jetısu” klubunun futbolçusu Davron Erqaşev “Qəbələ”yə keçə bilər.
Qol.Az-ın məlumatına görə, bu barədə “Varziş-Sport” agentliyinə universal müdafiəçinin agenti Aleksandr Frank açıqlama verib.
O, hazırda 25 yaşlı oyunçu ilə Azərbaycan klubu arasında danışıqların getdiyini bildirib:
“Erqaşev bu il Qazaxıstan çempionatında uğurla çıxış edib. O, “Jetısu”nun əsas heyətində möhkəmlənə bilib və bir neçə dəfə turun simvolik komandasına düşüb. Hazırda oyunçu ilə “Qəbələ” arasında danışıqlar gedir. “Jetısu” da Erqaşevlə müqaviləni uzatmaq niyyətindədir. Onunla “İrtış” da maraqlanır”.
Qeyd edək ki, “Qəbələ”nin baş məşqçisi Yuri Syomin 1983 – 1985-ci illərdə Tacikistanın “Pamir” klubunun baş məşqçisi olub. Syomin 1985-ci ildə Tacikistanın əməkdar məşqçisi sayılıb. (Lent.Az)
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər