"İnter"dən ayrılan futbolçu danışdı

"İnter"dən ayrılan futbolçu danışdı
XƏBƏR 25 Dekabr 2013 / 18:25 2175
-  A +

Ötən həftə "İnter"lə yollarını rəsmən ayıran Daniel Genov klubun rəsmi saytına açıqlama verib. 

Qol.Az-ın məlumatına görə, hazırda bolqarıstanlı futbolçu "İnter"də çox şey öyrəndiyini bildirib:

"Mən “İnter”də ömrüm boyu xatırlayacağım bir neçə il keçirdim. Azərbaycanda hər şey xoşuma gəlirdi. Klub haqqında da eyni sözləri deyə bilərəm. Burada mən çox şeyi öyrəndim. “İnter”də unudulmayan illər keçirdim.

Bu klub mənə çox şey verdi və oradan ayrılmaq elə də asan olmadı. Hazırda karyeramı davam etdirmək üçün bir neçə variantım var. Hansı klubda çıxış edəcəyim barədə hələlik qərar qəbul etməmişəm, ancaq tezliklə hər şey müəyyənləşəcək”.
 


Son xəbərlər