"Bu mövsüm 5-6 komanda çempionluq uğrunda mübarizə aparacaq"

"Bu mövsüm 5-6 komanda çempionluq uğrunda mübarizə aparacaq"
XƏBƏR 25 Dekabr 2013 / 17:08 1964
-  A +

"Mançester Siti" klubunun baş məşqçisi Manuel Peleqrini sabah Premyer Liqada qarşılaşacaqları "Liverpul"la oyunöncəsi maraqlı fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, "Sky Sports"a danışan ispaniyalı mütəxəssis "Liverpul"la görüşün çox çətin keçəcəyini bildirib:

"Çox çətin görüş olacaq. "Liverpul" əla komandadır və onların Luis Suarez kimi forvardları var. Ancaq bu Premyer Liqadır. Burada mübarizə yalnız "Mançester Siti" və "Liverpul" komandaları arasında getmir. Bu mövsüm 5-6 komanda çempionluq uğrunda mübarizə aparacaq. Yüksək səviyyəli oyunçulara sahibik. Sabahkı görüşdə də qələbə qazanmağa çalışacağıq".

Qeyd edək ki, "Mançester Siti" - "Liverpul" oyunu sabah, Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə