Rusiyalı futbolçu "Qalatasaray"ın hədəfində

Rusiyalı futbolçu "Qalatasaray"ın hədəfində
XƏBƏR 25 Dekabr 2013 / 16:12 3556
-  A +

Türkiyənin "Qalatasaray" klubu Rusiyadan futbolçu transfer etməyi planlaşdırır.

Qol.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İstanbul təmsilçisi "Zenit" klubunun yarımmüdafiəçisi Roman Şirokova "elçi" düşüb.

"Cim Bom" rəhbərliyi gələn ay rusiyalı futbolçuya rəsmi təklif göndərəcək. Rusiya yığmasının futbolçusunun "Qalatasaray"da oynaya biləcəyi istisna olunmur.

Qeyd edək ki, Şirokov 2008-ci ildən "Zenit"in şərəfini qoruyur.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner