"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yollarını ayırdı

"Xəzər Lənkəran" daha bir futbolçusu ilə yollarını ayırdı
XƏBƏR 25 Dekabr 2013 / 13:40 3345
-  A +

“Xəzər Lənkəran” qış fasiləsi dönəmində daha bir futbolçu ilə yollarını ayırıb.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanın bolqarıstanlı müdafiəçisi Radomir Todorovla bu il başa çatan müqavilə yenilənməyib.

Baş məşqçi Mustafa Dənizli Radomir Todorovla müqavilə yenilənməyi lazım bilməyib.

Qeyd edək ki, Lənkəran təmsilçisi daha öncə qapıçı Duqlas Leyte ilə yollarını ayırmışdı.

Son xəbərlər