Ronaldo: "Neymar tarixi təkrar yazacaq"

Ronaldo: "Neymar tarixi təkrar yazacaq"
XƏBƏR 25 Dekabr 2013 / 03:15 3244
-  A +

Braziliya futbolunun canlı əfsanələrindən olan Ronaldo Luis Nazario "Barselona"da çıxış edən həmyerlisi Neymar haqda müsbət fikirlər səsləndirib.

Qol.Az-ın məlumatına görə, Braziliya telekanallarından birinə açıqlama verən keçmiş hücumçu  bildirib ki, Neymarın kataloniya klubunda tarix yazaraq adını ən yaxşı braziliyalı futbolçular sırasına daxil edəcəyinə inanır:

"Neymar böyük bir ulduz futbolçu olacaq. Məncə, tarixi təkrar yazaraq dünyadakı ən yaxşı braziliyalı futbolçular siyahısında adını qızıl hərflərlə həkk edirəcək. O, doğru yoldadır. həm xarizmatik, həm də nə etməli olduğunu bilən bir insandır".



Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə

03.05.24  17:16

Bir dövrün sonu