Vidal: "Qisasımızı "Trabzonspor"dan almalıyıq"

Vidal: "Qisasımızı "Trabzonspor"dan almalıyıq"
XƏBƏR 25 Dekabr 2013 / 02:20 2206
-  A +

"Yuventus"un futbolçusu Arturo Vidal İtaliya mətbuatına müsahibəsində Çempionlar Liqasında mübarizəni dayandırmaqları haqda danışıb.

Qol.Az-ın məlumatına görə, çilili hücumçu hələ də "Qalatasaray"a məğlub olmalarının üzüntüsünü yaşadıqlarını bildirib:

"Çempionlar Liqasında mübarizəni dayandırmağımız karyeramda ən məyusedici hadisə oldu. Bizim ilk turlarda mübarizəni dayandıracaq yox, kuboku qazana biləcək bir heyətimiz var idi. "Qalatasaray"a uduzduğumuz üçün hələ də təəssüflənirəm".

O, "Trabzonspor"la qarşılaşacaqları Avroliqa oyununu da dəyərləndirib: "Avroliqanın final oyunu Torinoda keçiriləcək. Bu, bizi finala çıxmağa bir qədər də sövq edir. Qisasımızı "Trabzonspor"dan almalıyıq.

Qeyd edək ki, "Yuventus" -"Trabzonspor" qarşılaşması 2014-cü il fevralın 20-də baş tutacaq.

Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner