Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı əsasında Bakının Bibiheybət qəsəbəsində jurnalistlər üçün tikilmiş binada ev alan media nümayəndələrinə bu gün mənzillərin sənədləri və simvolik açarlar təqdim olunub.
Qol.Az-ın xəbərinə görə, bununla bağlı “Xəmsə” sarayında keçirilən mərasimdə Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov, millət vəkilləri, jurnalist təşkilatlarının və müdia quruluşlarının rəhbərləri iştirak edib.
Ə.Həsənov çıxışında mənzil alan jurnalistləri təbrik edib. Prezident Yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, yeni mənzillərdə bütün kommunal xidmətlərlə bağlı sənədlər mənzil sahiblərinin adlarına aktlaşdırılıb. Onun sözlərinə görə, dekabrın 25-dən jurnalistlər yeni mənzillərinə köçə biləcəklər.
Qeyd edək ki, mənzil alan jurnalistlər arasında Azərbaycanın idman mediasının nümayəndələri də var. Bunlar “525-ci qəzet”in redaktor müavini, Qol.Az saytının baş redaktoru Aydın Bağırov, “İdman Azərbaycan” telekanalının direktoru Elsəvər Dünyamalıyev və “Space” telekanalının şərhçisi Tural Xudiyevdir.
“Beşiktaş”a keçə bilər
38 dəqiqəyə penta-trik
“Stadionları insanların ayağına aparmalıyıq?” - Dambrauskas
Rüfətin komandası uduzdu
“Sabah” “Araz-Naxçıvan”ı belə məğlub etdi - Video
“Biz də qələbə qazanmaq istəyirik” - Yuri Maksimov
"Sabah" "Araz-Naxçıvan"a, "Turan Tovuz" "Kəpəz"ə qalib gəldi
“Əl-Nəsr”dən çempionatda tarixi rekord
“Turan Tovuz”un qələbəsindən - Video
Berdiyevdən Məmmədovun şərhinə cavab: “Bu, onun fikridir”
“Ən azı bir xal qazanmağa layiq idik” - Azər Məmmədov
Toralın komandası heç-heçə etdi
Bərdədə vurulan 2 qol - Video
2-ci liqada 13-cü tura start verildi
"Sabah" - "Araz-Naxçıvan": Heyətlər
“Bavariya”da Musiala ilə bağlı narazılıq artır
Ölkə çempionu aşağı liqaya düşdü
Tyaqo Silva “Fluminense” ilə müqaviləsini uzatdı
"Turan Tovuz" - "Kəpəz": Heyətlər
İngiltərə klubları "Mançester Siti"yə qarşı birləşdilər