İlkay Gündoğan qayıdır

İlkay Gündoğan qayıdır
XƏBƏR 24 Dekabr 2013 / 15:35 1887
-  A +

"Borussiya" (Dortmund) klubunun zədəli futbolçusu İlkay Gündoğanın nə zaman yaşıl meydanlara qayıdacağı məlum olub.

Qol.Az-ın "Bild"ə istinadən verdiyi məlumata görə, cümə günü baş tutan komandanın son məşqində iştirak edən türk əsilli yarımmüdafiəçi özünü yaxşı hiss etdiyini deyib:
 
"Uzun zamandan sonra komandamla məşqlərə başladığım üçün xoşbəxtəm. Ümid edirəm ki, ikinci dövrəyə qədər tam hazır olacam".

Qeyd edək ki, Almaniya millisinin oyunçusu İ.Gündoğan avqustun 14-də Paraqvayla oynanılan matçda zədələnmişdi.

Daha çox


Son xəbərlər