"Beşiktaş"ın sabiq futbolçusu "Porto" ilə anlaşdı

"Beşiktaş"ın sabiq futbolçusu "Porto" ilə anlaşdı
XƏBƏR 24 Dekabr 2013 / 00:30 2287
-  A +

"Beşiktaş" klubunun sabiq hücumçusu Rikardo Quarejma karyerasını vətəni Portuqaliyada davam etdirəcək.

Qol.Az-ın məlumatına görə, 30 yaşlı futbolçunun "Porto" ilə anlaşdığı bildirilir.

Qətərin "Əl Əhli" klubundan ayrıldıqdan sonra komanda axtarışlarını davam etdirən Quarejmanın yaxın günlərdə Porto təmsilçisi ilə 2,5 illik müqavilə imzalayacağı gözlənilir. "Porto"nun prezidenti Paulo Foneska da portuqaliyalı futbolçunu transfer etmək istədiklərini təsdiqləyib.

Qeyd edək ki, Quarejmanın yeni ildən sonra "Porto"nun düşərgəsində olacağı iddia edilir.


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner