Messi: "Özümü çox yaxşı hiss edirəm"

Messi: "Özümü çox yaxşı hiss edirəm"
XƏBƏR 23 Dekabr 2013 / 22:55 2071
-  A +

"Barselona"nın zədəli futbolçusu Lionel Messi son durumu haqda danışıb.

Qol.Az-ın məlumatına görə, argentinalı hücumçu sosial şəbəkələrin birində özünü çox yaxşı hiss etdiyini yazıb:

"Özümü çox yaxşı hiss edirəm. Barselonaya geri dönmək üçün gün sayıram. Yeni ili məmləkətim Rosarioda qeyd edəcəm və o zamana kimi burada hazırlıqlarıma davam edəcəm".

Qeyd edək ki, Messi noyabrın 10-u "Betis"lə matçda zədələnmişdi. Onun yanvarın 2-ə komanda ilə birgə məşqlərdə iştirak edəcəyi gözlənilir.


Son xəbərlər
23.07.26  12:38

Avropada 10-cu qol

topaz banner