"Barselona"nın keçmiş futbolçusu: "Qızıl top"u Riberi qazanmalıdır"

"Barselona"nın keçmiş futbolçusu: "Qızıl top"u Riberi qazanmalıdır"
XƏBƏR 23 Dekabr 2013 / 21:12 2358
-  A +

"Bavariya"nın futbolçusu Tiaqo Alkantara maraqlı açıqlama verib.

Qol.Az-ın Almaniya mətbuatına istinadən verdiyi məlumata görə, ispan hücumçu keçmiş klubu "Barselona" üçün darıxdığını deyib. Ancaq o, Almaniyada oynadığı üçün də peşman deyil: "Barselona"da gözəl günlər yaşadım. Amma artıq "Bavariya"nın futbolçusuyam. Ora üçün darıxıram".

"Qızık top" mükafatı üçün seçimini edən T.Alkantara deyib ki, bu ilin ən yaxşı futbolçusu Frank Riberidir: "Düzdür, Messi dünyanın ən yaxşı futbolçularındandır. Ancaq bu il "Qızıl top"u Riberi qazanmalıdır".


Son xəbərlər
08.04.26  17:35

14 illik həsrət bitdi

topaz banner