"Mançester Yunayted"in futbolçusu 4 aylıq sıradan çıxdı

"Mançester Yunayted"in futbolçusu 4 aylıq sıradan çıxdı
XƏBƏR 23 Dekabr 2013 / 19:00 2226
-  A +

"Mançester Yunayted" klubunun futbolçusu Maruan Fellaini ötən həftəsonu əməliyyat olunub.

Qol.Az-ın məlumatına görə, biləyindən əməliyyat keçirən belçikalı futbolçunun ən azı 4 ay yaşıl meydanlardan kənar qalacağı bildirilir.

Təcrübəli futbolçunun fevral və mart aylarında keçiriləcək Çempionlar Liqasının oyunlarında da iştirakı mümkünsüz görünür.

Qeyd edək ki, Fellaini mövsümün əvvəlində 24 milyon funt-sterlinq qarşılığında "Everton"dan "Mançester Yunayted"ə transfer olunmuşdu.


Son xəbərlər
23.07.26  12:38

Avropada 10-cu qol

topaz banner