"Messi "Barselona"dan ayrıla bilər"

"Messi "Barselona"dan ayrıla bilər"
XƏBƏR 23 Dekabr 2013 / 16:22 3605
-  A +

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Yaya Ture maraqlı açıqlamaları ilə diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, "BeIN Sport"a danışan Ture "Barselona"dan ayrılmasının səbəbini açıqlayıb.

"Barselona"da Qvardiola ilə yaxşı keçinmədim. Ona görə də komandamı dəyişdim. Orada çox gözəl 3 mövsüm keçirdim. 2009-cu ildə bütün titulları qazandım. İbrahimoviçlə birgə oynamaq da mənə xüsusi zövq verdi".

30 yaşlı futbolçu sabiq komanda yoldaşı Lionel Messi haqda bunları deyib: "Messinin "Mançester Siti"yə gəlmək şərtilə "Barselona"dan ayrılmasını istəyə bilərəm".


Son xəbərlər
15.05.24  12:50

Tovuzda master-klass